Dünya
Xankəndidəki YDM partlayışında ölən ermənilərin yaxınları üsyan edirlər: "General Kamo MN-də özünə isti yuva tapıb"
"Ermənistanda hər hansı bir şəxs siyasi, sosial və ya məişət zəminində hökuməti azacıq belə tənqid edəndə dərhal həbs olunur". Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sabiq deputat Tiqran Abramyan deyib. Keçmiş parlament üzvü xatırladıb ki, 2023-cü ilin sentyabr ayında erməni silahlı birləşmələrinin yanacaq anbarında baş verən partlayışda 200-dən artıq insan ölüb, daha 22 nəfərin taleyi isə hələ də məlum deyil. "Artıq üç ildir ki, cinayət işi açılıb, lakin bununla heç kim maraqlanmır. Təsəvvür edirsinizmi: 200-dən çox ölən və itkin düşən var, lakin nə günahkarlar tapılıb, nə də məsələ ilə bağlı məhkəmə qərarı var. Həmin şəxslərin təxminən 70 nəfəri müxtəlif güc strukturlarının nümayəndələri olub. Keçmiş "komandan" Kamo Vardanyan (separatçıların keçmiş "müdafiə naziri") hazırda Müdafiə Nazirliyində özünə rahat yer tapıb və həmin insanların ailələri ilə görüşməkdən, onlara hər hansı bir izahat verməkdən boyun qaçırır. Bu cür adamlarda adi insani xüsusiyyətlər belə yoxdur, onları ancaq vəzifə və pul maraqlandırır. Bəs nəyə görə həlak olanların ailələrinə indiyədək müvafiq status verilməyib? Milyonlarla dollar mükafatlara, əyləncələrə və lazımsız işlərə xərclənir. Məgər insanlıq və vicdan o dərəcədə yoxa çıxıb ki, büdcədə və ya hansısa məlum fondda bu ailələrə kompensasiya ödəmək üçün vəsait tapılmır? Məhkəmə-hüquq sistemi yalnız siyasi göstərişlər və düyməyə basmaqla fəaliyyət göstərir, vicdan isə birdəfəlik ölüb", - deyə Abramyan vurğulayıb. Xatırladaq ki, 2023-cü ilin sentyabrında Xankəndidə yanacaqdoldurma məntəqəsində (YDM) partlayış baş vermişdi. Həmin vaxt Qarabağı könüllü tərk edən ermənilər arasında ölən və yaralananlar olmuşdu.
Mənbə
oxu.az
Oxşar Xəbərlər