Siyasət
İlham Əliyev də Trampa təşəkkür etdi
Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Axar.az xəbər verir ki, bu barədə İlham Əliyevin X hesabında paylaşım edilib.
"Mən sizin Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin işə salınması münasibətilə göndərdiyiniz mesajda mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı ifadə etmək istərdim", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Vaşinqtonla əməkdaşlığına və TRIPP layihəsinin praktiki icrası üçün şəraitin yaradılmasına verdiyi töhfəyə görə təşəkkür edib.
Mənbə
axar.az