Cəmiyyət

Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb - Video

23 Nov 2026, 00:18 2 baxış
Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb - Video
Bakının Yasamal rayonu ərazisində yerləşən gölün getdikcə quruduğu iddia edilir. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, iddialara görə, ətrafında yaşayış binaları yerləşən göl bir neçə il əvvələ kimi geniş ərazini əhatə edib, ancaq sonradan qurumağa başlayıb. Ətrafdakı şəxslərin sözlərinə görə, bu gölə xüsusi nəzarət olunur və heç bir tullantı suları axıdılmır. Quruma da illər əvvələ aiddir.

Vətəndaşlar isə ümumi olaraq su hövzələrinin, göllərin qurumasını müsbət qarşılamırlar. Onlar hətta abadlaşdırılma işlərinin aparılmasını daha məqsədəuyğun hesab edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər