Kriminal

Samuxda avtomobil aşdı: Ölən və xəsarət alanlar var

17 Nov 2026, 20:36 7 baxış
Samuxda avtomobil aşdı: Ölən və xəsarət alanlar var
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kür yolu adlanan ərazisində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə oxu.az

Oxşar Xəbərlər