Siyasət

Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib

17 Nov 2026, 20:42 6 baxış
Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda səmimi qarşılanmaya görə təşəkkür edib. Oxu.Az xəbər verir ki, almaniyalı nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. O, Azərbaycanın həm Avropa İttifaqı, həm də Almaniya üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb. "Biz strateji gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün bərqərar olmasına dəstək verməyə hazırıq", - deyə nazir yazıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər