Dünya

Rusiyada təyyarə havada alovlandı və yerə çırpıldı: 20-yə yaxın ölən var - Video

17 Nov 2026, 19:18 6 baxış
Rusiyada təyyarə havada alovlandı və yerə çırpıldı: 20-yə yaxın ölən var - Video
Rusiyanın Kemerovo vilayətində "An-12" tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin ekipaj üzvləri həlak olublar. Oxu.Az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

Şahidlərdən birinin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb. Daha sonra kəskin şəkildə aşağı enərək yerə çırpılıb və partlayıb. Aviaqəza Yaqonovo kəndi yaxınlığında baş verib. "An-12" təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfərin həyatını itirdiyi bildirilir. Qeyd olunur ki, ekipaj üzvləri son ana qədər yanan təyyarəni yaşayış evlərindən uzaqlaşdırmağa çalışıblar. Qəzanın başvermə şəraiti araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər