Dünya

Rusiya və Gürcüstan arasında iki il sonra ilk

16 Nov 2026, 09:06 2 baxış
Rusiya və Gürcüstan arasında iki il sonra ilk
Moskva Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə artıq əlaqə yaradıb. Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. "Biz Georgi Zurabaşvili ilə əlaqə qurmuşuq. Onun rusiyalı həmkarı da müəyyən edilib - Cənubi Qafqaz regionuna kuratorluq edən xarici işlər nazirinin müavini Mixail Qaluzin. Rusiya həmişə Gürcüstanla praqmatik və qarşılıqlı faydalı münasibətlərin qurulmasının tərəfdarı olub". Xatırladaq ki, oktyabrın sonunda Gürcüstan hakimiyyəti Rusiya ilə əlaqələr üzrə yeni xüsusi nümayəndə təyin edib: bu vəzifəyə ölkənin xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili gətirilib. Vəzifə 2024-cü ilin yazından bu yana boş qalıb, indi isə Tbilisi Moskva ilə birbaşa dialoqu bərpa etmək qərarına gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər