Cəmiyyət

Məktəblərdə payız tətili başladı

16 Nov 2026, 09:40 3 baxış
Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb.


Axar.az xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.


Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 21 noyabr, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabr olacaq.


Payız tətili həmçinin ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Mənbə axar.az

Oxşar Xəbərlər