İdman

Portuqaliya üçün kabus gecəsi: Hoylunddan het-trik, Danimarkadan dörd qol - Vİdeo

15 Nov 2026, 01:52 4 baxış
Portuqaliya üçün kabus gecəsi: Hoylunddan het-trik, Danimarkadan dörd qol - Vİdeo
UEFA Millətlər Liqasında V turun oyunları yekunlaşıb. Oxu.Az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında Portuqaliya millisi doğma meydanda Danimarkanı qəbul edib. Görüş qonaqların 1:4 hesablı qələbəsi ilə başa çatıb. Danimarka millisinin heyətində Rasmus Hoylund 43, 50 və 57-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Komandanın dördüncü qolunu isə 75-ci dəqiqədə Andersen vurub. Ev sahiblərinin yeganə qoluna 90+3-cü dəqiqədə Bernardo Silva imza atıb. Bu nəticədən sonra Portuqaliya millisi A Liqasının IV qrupunda 12 xalla liderliyini qoruyub. Danimarka isə 9 xalla ikinci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqasında günün digər nəticələrini təqdim edirik: A Liqası, IV qrup Norveç - Uels - 3:1. B Liqası, II qrup Gürcüstan - Macarıstan - 0:2; Şimali İrlandiya - Ukrayna - 1:0. III qrup Kosovo - İsrail - 0:0; Avstriya - İrlandiya - 1:0. IV qrup Rumıniya - Polşa - 2:1; İsveç - Bosniya və Herseqovina - 3:2.
Mənbə oxu.az

Oxşar Xəbərlər