İdman

Erlinq Holand Gerd Müllerin 52 illik rekordunu təkrarladı

15 Nov 2026, 00:42 5 baxış
Erlinq Holand Gerd Müllerin 52 illik rekordunu təkrarladı
Norveç millisinin hücumçusu Erlinq Holand Almaniya futbolunun əfsanəsi Gerd Müllerin rekordunu təkrarlayıb. Oxu.Az "Dailysports"a istinadən xəbər verir ki, bu nailiyyət Norveç millisinin UEFA Millətlər Liqasının V turunda Uels yığmasına qarşı keçirdiyi görüşdə qeydə alınıb. Norveç millisinin 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Holand komandasının üçüncü qoluna imza atıb. Bu qol onun Norveç millisinin heyətində keçirdiyi 60 oyunda vurduğu 66-cı qol olub. Qeyd edək ki, Holand 1974-cü ildə bu göstəriciyə nail olan Gerd Müllerdən sonra son 52 ildə eyni uğuru təkrarlayan ilk avropalı futbolçu olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər