Dünya
Hindistanda qəribə ölüm: Şirniyyat kişinin ağzında partladı
Hindistanda bir kişi ağzında ov üçün nəzərdə tutulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "The New Indian Express" nəşri məlumat yayıb. Məlumata görə, hadisə Madhya-Pradeş ştatında baş verib. Şam yeməyindən sonra kişi tonqalın ətrafında oturub. Bir müddət sonra tanışı ona yaxınlaşaraq söhbət əsnasında konfet təklif edib. Kişi konfeti dişləyən kimi onun içərisində gizlədilmiş partlayıcı qurğu işə düşüb. Nəticədə o, ağız boşluğundan ağır xəsarətlər alıb. Yaxınları kişini xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşları müəyyən ediblər ki, konfetdə vəhşi qabanların ovlanmasında istifadə olunan partlayıcı qurğu yerləşdirilib. Hazırda ölən şəxsin tanışının həmin qurğunu haradan əldə etdiyi araşdırılır.
Mənbə
oxu.az