İdman

Harri Keyn İngiltərə millisində rekord müəyyənləşdirdi

13 Nov 2026, 03:36 1 baxış
Harri Keyn İngiltərə millisində rekord müəyyənləşdirdi
Hücumçu Harri Keyn İngiltərə millisinin heyətində keçirdiyi oyunların sayına görə yeni rekord müəyyənləşdirib. Oxu.Az "Çempionat"a istinadən xəbər verir ki, Keyn rekorda UEFA Millətlər Liqasının A Liqasında qrup mərhələsinin V turunda Xorvatiya ilə keçirilən görüşdə imza atıb. Bu qarşılaşma Keynin İngiltərə millisinin heyətində 126-cı oyunu olub. Bununla da o, 1970-1990-cı illərdə yığmada çıxış etmiş qapıçı Piter Şiltonun 125 oyunluq rekordunu geridə qoyub. İngiltərə millisinin heyətində ən çox oyun keçirən futbolçuların ilk beşliyində Ueyn Runi (120), Devid Bekhem (115) və Stiven Cerrard (114) da yer alırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər