İdman
İspaniya millisi Çexiyanı səfərdə üstələdi - Video
UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib. Oxu.Az xəbər verir ki, oyun günündə səkkiz qarşılaşma baş tutub. A Liqasının III qrupunda Çexiya və İspaniya milli komandaları qarşılaşıb. Praqadakı "EPET Arena" stadionunda keçirilən görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 39-cu dəqiqəsində hakim İspaniyanın xeyrinə penalti təyin edib. Aleks Baena 11 metrlik zərbəni dəqiq yerinə yetirərək hesabı açıb. 72-ci dəqiqədə Çexiya millisinin müdafiəçisi Ladislav Kreyçi qırmızı vərəqə ilə meydandan qovulub. Əlavə olunmuş 90+6-cı dəqiqədə isə müdafiəçi Mark Pubil İspaniyanın ikinci qolunu vuraraq matçın yekun hesabını müəyyənləşdirib - 2:0. İspaniya millisi beş oyunun hamısında qələbə qazanaraq 15 xalla 3-cü qrupda liderdir. Çexiya isə 0 xalla sonuncu pillədə qərarlaşıb. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: A Liqası, I qrup Türkiyə - Belçika - 1:2; İtaliya - Fransa - 3:1. A Liqası, III qrup İngiltərə - Xorvatiya - 2:1. C Liqası, I qrup Albaniya - Finlandiya - 2:0; San-Marino - Belarus - 0:2. C Liqası, II qrup Ermənistan - Kipr - 1:1; Monteneqro - Latviya - 2:1.

Mənbə
oxu.az