İdman
İtaliya - Fransa qarşılaşmasında qapılara dörd qol vuruldu
UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda 5-ci turun mərkəzi qarşılaşması keçirilib. Oxu.Az xəbər verir ki, İtaliya və Fransa milli komandaları arasında Milandakı "San-Siro" stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Fransa millisi görüşün 10-cu dəqiqəsində Maykl Olisenin qolu ilə hesabı açıb. İtaliya yığması 26-cı dəqiqədə hesabı bərabərləşdirib. Françesko Espozito Nikolo Kambyaqinin məhsuldar ötürməsindən sonra topu rəqib qapısından keçirib. İkinci hissədə İtaliya təşəbbüsü tam ələ alıb. 63-cü dəqiqədə Davide Frattezi Federiko Dimarkonun ötürməsini qolla tamamlayaraq meydan sahiblərini önə çıxarıb. 75-ci dəqiqədə isə Espozito dubl edərək matçın yekun hesabını müəyyənləşdirib - 3:1. Qrup mərhələsinin dörd turundan sonra Fransa 10 xalla ikinci, eyni xala malik İtaliya isə əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb.
Mənbə
oxu.az