Cəmiyyət

Sabah bir sıra ərazilərdə qaz olmayacaq

12 Nov 2026, 21:26 1 baxış
Sabah bir sıra ərazilərdə qaz olmayacaq

Sabah saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.


Axar.a xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.


Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 13.11.2026-cı il tarixində saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonu Gürcuva kəndinin və M.P.Vaqif, 20 Yanvar, Maşad, H.Əliyev pr., 1, M.Əsədov, M.Ə.Rəsulzadə, M.Hüseynzadə, Babək, Üçqovaq, M.Şeyxzadə, İ.Qaradağlı, Y.Nəbiyev və Nizami küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər