Dünya

İtaliyada altı mindən çox məktəbə bomba xəbərdarlığı göndərən mənbə tapıldı

12 Nov 2026, 17:36 1 baxış
İtaliyada altı mindən çox məktəbə bomba xəbərdarlığı göndərən mənbə tapıldı
İtaliyada altı mindən çox məktəbə partlayış təhlükəsi ilə bağlı məlumatlar eyni müəlliflər tərəfindən göndərilib. Oxu.Az xəbər verir ki, bu barədə istintaq orqanlarındakı mənbələrə istinadən "Radio-1" radiostansiyası məlumat yayıb. Qeyd olunur ki, söhbət hər hansı konkret şəxs və ya təşkilatdan deyil, kiberhücumdan gedir. Məlum olub ki, məktəblərə göndərilən mesaj Tayvandakı universitetlərdən birinin elektron ünvanından gedib. Ali məktəbin məzunu olan Lyu Fantszyunun köhnə qeydiyyat hesabı sındırılıb. İtaliyanın Baş naziri Corcia Meloni xəbərdarlıq alan məktəblərin heç birində partlayıcı qurğunun tapılmadığını bəyan edib. O, xüsusi xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən təcili müşavirədən sonra sosial şəbəkələrdəki rəsmi səhifələrində yaydığı mesajda bildirib: "Hazırda real təhlükəyə işarə edən heç bir siqnal yoxdur, bu mesajlar isə yalnız təşviş, qorxu və şübhə yaratmaq məqsədi daşıyır".
Mənbə oxu.az

Oxşar Xəbərlər