Cəmiyyət
Lökbatan-Xocasən yolunda keçilməz gölməçə yarandı: Sürücülər üçün təhlükə - Video
Qaradağ rayonunda - Lökbatan-Xocasən yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Oxu.Az xəbər verir ki, yağışlardan sonra sözügedən ərazinin müəyyən hissəsində su toplanıb və böyük gölməçə əmələ gəlib. Vətəndaşların sözlərinə görə, suyun səviyyəsi o qədər yüksəlib ki, bəzi avtomobillərin dövlət qeydiyyat nişanlarından yuxarıya qalxır. Müəyyən maşınlar oradan keçə bilmirlər, sönüb qalırlar. Ərazidən görüntüləri təqdim edirik:
Mənbə
oxu.az