Digər

Ermənistan odla oynayır - Cabarov

12 Nov 2026, 17:37 3 baxış
Ermənistan odla oynayır - Cabarov

Ermənistan hazırkı siyasəti ilə Rusiyanın və KTMT-nin digər üzv ölkələrinin timsalında ən etibarlı müttəfiqlərini itirmək riski ilə üz-üzədir.


Axar.az xəbər verir ki, bunu rusiyalı senator Vladimir Cabarov deyib.


Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ölkənin gələcək xarici siyasət istiqaməti – AB-yə üzvlük və ya Aİİ-yə üzvlüyün saxlanılması ilə bağlı qərarı gecikdirir:


“Düşünürəm ki, Ermənistanın hazırkı rəhbərliyi odla oynayır. Belə siyasət yürütməklə onlar Rusiyanın və KTMT-nin digər üzv ölkələrinin timsalında ən sadiq, etibarlı və təbii müttəfiqlərini itirə bilərlər”.


Qeyd edək ki, KTMT-yə üzv ölkələr Ermənistana qarşı təşkilatın Nizamnaməsinin səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutan 25-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib.

Mənbə axar.az

Oxşar Xəbərlər