Şou biznes
Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir
Türkiyəli müğənni Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istədiyini açıqlayıb. Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bunu Bakı Konqres Mərkəzində keçirilən konserti zamanı jurnalistlərə müsahibəsində bildirib. O, "Çocuklar Gülsün Diye" adlı uşaq bağçasını Azərbaycanda da açmağı arzuladığını etiraf edib: "Bir gün "Uşaqlar gülsün deyə" bağçasını Azərbaycanda açaram, inşallah. Nə gözəl olar. Bunun üçün Türkiyə və Azərbaycan təhsil nazirlikləri birgə protokol imzalayıb mənə icazə verməlidirlər. Uşaqları o qədər sevirəm ki, onların gülməsi üçün dünyanın hər bir yerinə gedərəm". Qeyd edək ki, Gülben Ergenin qurucusu və rəhbəri olduğu "Çocuklar Gülsün Diye" dərnəyi indiyədək Türkiyədə 60 uşaq bağçası açıb.
Mənbə
oxu.az