Şou biznes

Məşhur ABŞ-li model keçmiş işçisi tərəfindən məhkəməyə verildi - Təfərrüat

12 Nov 2026, 05:40 5 baxış
Məşhur ABŞ-li model keçmiş işçisi tərəfindən məhkəməyə verildi - Təfərrüat
ABŞ-li biznesvumen və model Kayli Cenner keçmiş işçisi ilə yenidən məhkəmə çəkişməsi ilə üzləşib. Keçmiş ev işçisi ulduzun əməkdaşlarını ona qarşı qısnama xarakterli davranışlarda, işəgötürənini isə əmək hüquqlarını pozmaqda ittiham edir. Oxu.Az xəbər verir ki, bu barədə TMZ nəşri məhkəmə iddiasının materiallarına istinadən məlumat yayıb. İddiaçı Dinora Karolina Kabriya Amayanın sözlərinə görə, bir dəfə Los-Ancelesdəki malikanənin qarderob otağında təsadüfən kilidli qalıb. O, təşvişə düşərək kömək istəsə də, rəhbərinin ona sadəcə güldüyünü iddia edir. Qadın otaqdan yalnız bir saatdan çox vaxt keçdikdən sonra çıxa bilib. Şikayətçi digər insidentlər sırasında 2025-ci ilin oktyabrında it yuvasını təmizləyərkən itin onu dişləməsini, həmçinin təsadüfən işə düşən balondan üzünə bibər qazı sıçramasını qeyd edib. O, aldığı xəsarətlərə baxmayaraq, ona fiziki cəhətdən ağır işlər tapşırılmağa davam edildiyini iddia edir. Bundan əlavə, iddiada işçiyə əlavə iş saatlarına, eləcə də biznesmenin evləri arasında yol xərclərinə görə ödəniş edilmədiyi bildirilir. Qadın 2026-cı ilin fevralında həmkarının nəqliyyat xərclərinin qarşılandığını, özünə isə niyə ödəniş edilmədiyini soruşduqdan qısa müddət sonra işdən çıxarıldığını iddia edir. Cennerin vəkili isə bildirib ki, sonuncu iddiaları da əvvəllər onun keçmiş ev işçiləri adından şikayətlər qaldıran eyni hüquqşünas irəli sürüb. Vəkilin fikrincə, hüquqşünas əsassız təzminat əldə etmək məqsədilə diqqət çəkməyə çalışır. Müdafiə tərəfi irəli sürülən ittihamlara məhkəmədə etiraz etmək niyyətindədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər