Qanunsuz çıxarılan 72 nəfər əvvəlki işlərinə bərpa edildi
Yanvar-oktyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 593 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edilib.
Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
"Bu vəsaitlərin 90 faizi əmək haqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 72 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar", -məlumatda qeyd olunub.