Dünya

Litvada uçan naməlum obyekt: NATO qırıcıları havaya qaldırıldı

11 Nov 2026, 09:44 1 baxış
Litvada uçan naməlum obyekt: NATO qırıcıları havaya qaldırıldı
Litvada uçan naməlum obyektin (UNO) aşkarlanması ilə bağlı ölkədə həyəcan siqnalı elan edilib, NATO-nun qırıcı təyyarələri isə havaya qaldırılıb. Oxu.Az xəbər verir ki, bu barədə LRT dövlət radiosu Milli Böhranların İdarəedilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskasa istinadən məlumat yayıb. "Bunun dron, yoxsa başqa bir obyekt olduğunu dəqiq demək çətindir. Hərbi Hava Qüvvələrimiz onu izləməyə davam edəcək", - deyə bildirib. Həyəcan siqnalının verilməsindən təxminən 45 dəqiqə sonra Litva ordusu hava təhlükəsi ilə bağlı xəbərdarlığı ləğv edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər