Digər

İran bu ölkənin ordusunu terror təşkilatı elan etdi

11 Nov 2026, 09:46 1 baxış
İran bu ölkənin ordusunu terror təşkilatı elan etdi

İran Argentinanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatları elan edib.


Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.


Bildirilib ki, Argentina hökuməti beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.




İran tərəfi buna cavab olaraq qarşılıqlı tədbirlər prinsipi əsasında Argentinanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini müvafiq qanuna uyğun olaraq terror təşkilatları elan edib.


İran Xarici İşlər Nazirliyi bu qərarın doğuracağı bütün nəticələrə görə məsuliyyətin Argentina hökumətinin üzərinə düşəcəyini vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər