Dünya
Husilər "Saudi Aramco" obyektlərinə zərbələr endirdilər
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Səudiyyə Ərəbistanının Abkayk şəhərində "Saudi Aramco" neft şirkətinin obyektlərinə zərbə endirdiklərini elan ediblər. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib. Bundan başqa, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi paytaxt Ər-Riyadda da "Saudi Aramco"ya məxsus obyektlərin hücuma məruz qaldığını açıqlayıb. Xatırladaq ki, ötən gün husilər Ər-Riyadda Kral Xalid adına Beynəlxalq Hava Limanına və "Saudi Aramco" obyektlərinə zərbələr endirmiş, həmçinin digər şəhərlərdəki bir sıra hədəflərə də hücum etmişdilər.
Mənbə
oxu.az