Dünya

Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi

08 Nov 2026, 18:02 3 baxış
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Səhər saatlarında Hörmüz boğazında İranın icazə vermədiyi marşrutla hərəkət edən üç tankerdə partlayış baş verib və güclü yanğın başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) ictimaiyyətlə əlaqələr şöbəsi öz saytında məlumat yayıb. SEPAH-ın HDQ-si hadisələri tankerlərin naviqasiya və tanınma sistemlərini söndürməsi, eləcə də ABŞ ordusunun hərəkətləri ilə əlaqələndirib. SEPAH-ın HDQ-si bildirib ki, İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydalar bütün gəmilərə dəfələrlə çatdırılıb. Qurum xəbərdarlıq edib ki, bu qaydaları pozaraq ABŞ hərbçilərinin köməyi ilə icazə verilməyən marşrutlarla hərəkət edən gəmiləri də eyni aqibət gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər