Kriminal
Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
Qazax rayonunda yük avtomobilinin sürücüsü sükan arxasında dünyasını dəyişib.
Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 65 yaşlı Ş. İsmayılovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinin sükanı arxasında halı pisləşib. Sürücü elə sükan arxasında dünyasını dəyişib.
İlkin məlumata görə, Ş.İsmayılov infarkt keçirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az