Kriminal

Şəmkirdə avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var - Adlar

08 Nov 2026, 09:38 5 baxış
Şəmkirdə avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var - Adlar
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub. Oxu.Az xəbər verir ki, Şəmkir rayonunun Keçili kənd sakinləri, 2006-cı il təvəllüdlü (20 yaş) Vüsal Vüqar oğlu Əmrahovun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Sərnişin, 2008-ci il təvəllüdlü (18 yaş) Teymur Əli oğlu Orucov həlak olub, sürücü və digər sərnişin, 2002-ci il təvəllüdlü (24 yaş) Cahid Asəf oğlu Rüstəmov xəsarət alıblar. Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.az-ın məlumatına görə, Şəmkir rayon ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onlardan biri dünyasını dəyişib. Digər zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə oxu.az

Oxşar Xəbərlər