Siyasət

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir?

08 Nov 2026, 18:50 10 baxış
Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalist və publisist Vasif Səmədovdur. Vasif Səmədov 1950-ci il yanvarın 22-də Masallı rayonunda anadan olub. Uzun illər jurnalistika sahəsində fəaliyyət göstərən Vasif Səmədov Əməkdar jurnalist kimi tanınıb, publisistik yaradıcılığı ilə də diqqət çəkib. Qeyd edək ki, Vasif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədovun atasıdır. Əməkdar jurnalist və publisist Vasif Səmədov 2024-cü il aprelin 29-da vəfat edib. Ərdoğanın səsləndirdiyi şeirdən bir parça: Dilimizde işlenen En aziz bir söz gibi, Canımızı ısındıran Ocak gibi, köz gibi, En kokulu güllerle Demetlenen Şuşamız!
Mənbə oxu.az

Oxşar Xəbərlər