Misirdə qatarlar toqquşdu: 64 nəfər yaralandı
Misirin paytaxtı Qahirənin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 64 nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bütün qurbanlara tibbi yardımın göstərildiyi bildirilib.
"Misir səhiyyə naziri Xalid Əbdül Qaffar bir neçə sərnişin qatarının vaqonunun aşması nəticəsində xəsarət alanlara yardım göstərilməsinə şəxsən nəzarət edib. Hadisə nəticəsində 64 nəfər xəsarət alıb və hamısı xəstəxanaya yerləşdirilib", - deyə qeyd edilib.
Nazirlik əlavə edib ki, Əbdül Qaffar qəzanın baş verdiyi Giza və qonşu Beni Süef vilayətində tibb müəssisələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.
Daha əvvəl “Masrawy” portalı hadisədə ən azı 150 nəfərin xəsarət alması barədə informasiya yaymışdı.