Dünya

SEPAH ABŞ-yə məxsus kəşfiyyat dronunu məhv etdiyini açıqladı

06 Nov 2026, 19:24 3 baxış
SEPAH ABŞ-yə məxsus kəşfiyyat dronunu məhv etdiyini açıqladı
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Keşm adası üzərində ABŞ-yə məxsus "MQ-1" pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu, həmin bölgədə zərərsizləşdirilən sayca 16-cı "MQ-1" PUA-sıdır. Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb. Qeyd edək ki, "MQ-1" kəşfiyyat və zərbə məqsədilə istifadə olunan pilotsuz uçuş aparatıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər