Dünya
Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var
Yəmənin cənub-qərbindəki Taiz əyalətində bazara endirilən zərbə nəticəsində 30-dan çox insan həlak olub. Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) hücuma görə Səudiyyə Ərəbistanını ittiham edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, husilərin məlumatına görə, hava zərbəsi bu gün səhər saatlarında endirilib. "Səudiyyə Ərəbistanına məxsus "F-15" qırıcısı Xamis-Muşayt bazasından havaya qalxaraq Taiz əyalətinin Əl-Vaziyə rayonundakı Əl-Xadara bazarına üç zərbə endirib. Nəticədə onlarla dinc sakin həlak olub və yaralanıb", - deyə husilərin hərbi nümayəndəsi Yəhya Sarinin "Telegram" kanalında dərc olunan bəyanatda bildirilib. Öz növbəsində, "Al Arabiya" telekanalı mənbələrə istinadən zərbəni husilərin özlərinin ballistik raketlə endirdiyini xəbər verib.
Mənbə
oxu.az