Kriminal

Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var

06 Nov 2026, 18:10 3 baxış
Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbədəki 337 saylı orta məktəbin qarşısında 162 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşıdakı "Opel" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "Opel" də yoldan çıxaraq yol kənarında olan piyadanı vurub. Avtobusda da xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər