Kriminal

Bakı-Qazax yolunda qəza: Avtomobil aşdı - Təfərrüat - Video

06 Nov 2026, 17:58 3 baxış
Bakı-Qazax yolunda qəza: Avtomobil aşdı - Təfərrüat - Video
Bakı-Qazax avtomobil yolunda baş verən qəzanın bəzi təfərrüatı məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində qeydə alınıb. Avtoqəza zamanı Emin Səmədağa oğlu Ağakişiyevin idarə etdiyi 10-LA-509 dövlət nömrə nişanlı LADA markalı avtomobil Elsəvər Əlipaşa oğlu Sultanovun idarə etdiyi 90-CV-139 dövlət nömrə nişanlı "Mercedes"lə toqquşub. İlkin məlumata görə, LADA öz hərəkət istiqamətində hərəkət edərkən "Mercedes" markalı avtomobilin sürücüsü ara məsafəsini gözləməyib və nəticədə qəza baş verib. Hadisə nəticəsində LADA-nın sürücüsü Emin Ağakişiyev yüngül xəsarət alıb. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M2) 70-ci kilometrlik hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəza nəticəsində VAZ markalı nəqliyyat vasitəsi aşıb. Hadisə yerindən görüntünü təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər