Dünya
Los-Ancelesin meri ilk dəfə hindistanəsilli siyasətçi olacaq
İlk dəfə ABŞ-nin Los-Anceles şəhərinin meri vəzifəsinə hindistanəsilli siyasətçi seçilib. Oxu.Az-ın məlumatına görə, bu barədə "Newsweek" nəşri xəbər yayıb. Söhbət seçkidə şəhərin fəaliyyətdə olan rəhbəri Karen Bass üzərində qələbə qazanan Nitya Ramandan gedir. Hindistanın Kerala ştatında anadan olan Raman altı yaşında ailəsi ilə birlikdə ABŞ-yə köçüb və 22 yaşında ABŞ vətəndaşlığını qəbul edib. Hazırda onun 45 yaşı var. Şəhər sakinlərinə müraciət edən K.Bass hakimiyyətin rahat və rəvan şəkildə təhvil verilməsini təmin edəcəyinə söz verib. O, artıq rəqibi ilə telefon əlaqəsi saxlayaraq onu qələbə münasibətilə təbrik edib. Səslərin 76 faizi sayıldıqdan sonra Ramanın 52.1 faiz, Bassın isə 47.9 faiz səs topladığı açıqlanıb. Raman etimada görə həmvətənlərinə təşəkkürünü bildirib. O, əlçatan mənzillərin inşası, ictimai nəqliyyatın və şəhər orqanlarının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı vədlər verib. Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə, eləcə də qubernator və mer postlarına seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Nümayəndələr Palatasında və Senatda səs çoxluğunu Demokratlar Partiyası əldə edib.
Mənbə
oxu.az