Dünya

Paşinyanın keçmiş deputatı Konstitusiya Məhkəməsinin rəhbəri oldu

06 Nov 2026, 16:58 2 baxış
Paşinyanın keçmiş deputatı Konstitusiya Məhkəməsinin rəhbəri oldu
Nikol Paşinyanın hakim "Vətəndaş Sazişi" Partiyasından Ermənistan parlamentinin keçmiş deputatı Vladimir Vardanyan səsvermənin ikinci turunun yekunlarına əsasən Konstitusiya Məhkəməsinin rəhbəri seçilib. Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə hakim Edqar Şatiryan İrəvanda Konstitusiya Məhkəməsinin qarşısında jurnalistlərlə söhbəti zamanı bildirib. "Seçkilər başa çatdı. Məhkəmə öz sədrini seçdi. Bu, mən deyiləm", - deyə o bildirib. O qeyd edib ki, məhkəmə sədri postu uğrunda özü və Vladimir Vardanyan mübarizə aparıblar. Şatiryan əlavə edib ki, yeni sədr Konstitusiya Məhkəməsi hakimlərindən lazımi sayda səs alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər