Cəmiyyət
Şəhid bulağına gələn su qəsdən dayandırılıb? - İcra hakimiyyəti ittiham edildi - Video
Paytaxtın Binəqədi rayonu, Zahid Qəmbərov küçəsində şəhid Məmməd Mirzəli oğlu Məmmədovun xatirəsinə yaradılmış bulaq yararsız vəziyyətə düşüb. Baku TV-nin qaynar xəttinə müraciət edən Elvin Məmmədov 1994-cü ildə könüllü olaraq cəbhəyə yollanan və Füzulidə şəhid olan atası Məmməd Məmmədovun xatirəsinə yaradılmış bulağın hazırkı vəziyyətindən narazıdır. Şikayətçinin sözlərinə görə, atası şəhid olduqdan sonra ailəsi öz hesabına yaşadıqları evin yaxınlığında onun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq və xatirə lövhəsi inşa etdirib. Lakin illər keçdikcə bulaq baxımsız vəziyyətə düşüb. Hazırda nə oradan su axır, nə də əvvəlki görünüşündən əsər-əlamət qalıb.
Elvin Məmmədov iddia edir ki, bulağa verilən su bilərəkdən dayandırılıb. O, ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsə də, indiyədək müsbət nəticə əldə etmədiyini bildirir. "Bulaq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı əsasında inşa edilsə də, uzun illər ərzində baxımsızlıq və göstərilən etinasızlıq nəticəsində abidə bu vəziyyətə düşüb. Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir geri dönüş olmayıb və hər hansı tədbir görülməyib", - deyə Elvin Məmmədov bildirib.

Mənbə
oxu.az