İdman

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

05 Nov 2026, 14:20 2 baxış
"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəmi üç gün sonraya təsadüf edib. Xatırladaq ki, Alan Cons "Formula-1" tarixində dünya çempionu olan ikinci avstraliyalı pilotdur. Ondan əvvəl bu uğura üçqat dünya çempionu Cek Brebem imza atıb. Cons hazırda da bu titula sahib sonuncu avstraliyalı pilot hesab olunur. O, 1980-ci ildə "Williams" komandasının heyətində beş Qran-pridə qalib gələrək dünya çempionu olub. Bu, "Williams"ın pilotlar arasında ilk dünya çempionluğu idi. Cons "Formula-1" karyerası ərzində ümumilikdə 12 yarışda birinci yeri tutub. İlk qələbəsini isə 1977-ci ildə "Shadow" komandası ilə Avstriya Qran-prisində qazanıb. 1975-ci ildə başlayan "Formula-1" karyerasını 1986-cı ildə başa vuran pilot daha sonra Avstraliyanın turinq avtomobil yarışlarında davam etdirib, televiziya şərhçisi kimi fəaliyyət göstərib. O, Avstraliya Avtoidmanının Şöhrət Zalına da daxil edilib.
"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər