Kriminal

Məşhur türkiyəli müğənni qardaşı ilə birgə qəzaya düşdü - Foto

05 Nov 2026, 14:18 3 baxış
Məşhur türkiyəli müğənni qardaşı ilə birgə qəzaya düşdü - Foto

Türkiyənin tanınmış müğənnisi Sinan Özən Tokatdan İstanbula qayıdarkən yol-nəqliyyat hadisəsi keçirib.


Kult.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.


Bildirilib ki, sənətçi Tokat şəhərində baş tutan konsert proqramından sonra evinə dönən zamanı avtomobili digər bir avtomobillə toqquşub.


Nəqliyyat vasitəsində onunla birlikdə həm də meneceri kimi çalışan qardaşı Hızır Özən də olub.


Hadisədən sonra H.Özən zərər görmüş avtomobillərin fotolarını sosial şəbəkə hesabında paylaşaraq hər ikisinin vəziyyətinin yaxşı olduğunu və xəsarət almadıqlarını bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər