İdman
"Sabah" Berezutski ilə bağlı riskə gedibmiş - Klub prezidenti ayrılığın səbəbini açıqladı
"Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov komandanın sabiq baş məşqçisi Vasili Berezutski ilə yolların ayrılmasına münasibət bildirib. Oxu.Az xəbər verir ki, o, bu barədə "Sport-Ekspress"ə müsahibəsində danışıb. Klub rəhbərinin sözlərinə görə, ayrılığın əsas səbəbi rusiyalı mütəxəssisin müstəqil fəaliyyət göstərmək istəyi olub. M.Adıgözəlov bildirib ki, "Sabah" Berezutski ilə bağlı müəyyən riskə getsə də, bu qərar özünü doğruldub: "Burada ən vacib məqam odur ki, Vasili Berezutski özünü sərbəst şəkildə sınamaq istəyirdi. Biz isə belə düşünürdük ki, əgər o, "Ural" və ya başqa Rusiya klubuna getsə və orada nəticə qazansa, "Sabah" artıq onu dəvət edə bilməyəcəkdi. Bu, müəyyən mənada riskli addım idi, amma yanılmadıq. Çünki Berezutski qısa müddətdə nəticə verdi. Vasilinin dövründə güclü məşqçi heyəti var idi. O, şəxsi səbəblərə görə ayrıldı və bu barədə mənə mövsümün sonundan xeyli əvvəl məlumat vermişdi". Qeyd edək ki, Vasili Berezutski "Sabah"ın baş məşqçisi postunda 2024-cü ilin noyabrından 2025-ci ilin iyununadək çalışıb.
Mənbə
oxu.az