İqtisadiyyat

Nazir etiraf etdi: "Altı ay əvvəl heç kim bugünkü neft qiymətini proqnozlaşdırmırdı"

04 Nov 2026, 15:08 2 baxış
Nazir etiraf etdi: "Altı ay əvvəl heç kim bugünkü neft qiymətini proqnozlaşdırmırdı"
"Altı ay əvvəl heç kim neftin bugünkü qiymətinin olacağını planlaşdırmırdı". Oxu.Az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, bunu proqnozlaşdırmaq çətin olardı: "2026-cı ilin dövlət büdcəsini Milli Məclisə təqdim edəndə mənə suallar olurdu ki, neftin qiymətinin 65 dollar olması çox yüksək rəqəm deyil? Niyə bu rəqəmi müəyyənləşdirmisiniz? Biz bir vahid qiymətləndirici agentliyin fikri ilə fəaliyyət göstərmirik. Təqribən 80-ə yaxın müxtəlif beynəlxalq proqnozverici qurumun hovuzunu yaratmışıq, onların ortaçəkili rəqəmi onda 61-62 dollara gəlirdi. Heç kim də gözləmirdi ki, neftin qiyməti hətta 120 dollara çatacaq. Həmçinin qızılın qiyməti ilə bağlı da danışmaq olar. İki il əvvəl proqnozlaşdırıla bilinməzdi ki, qızıl 5500 dollar olacaq və sonra 3800 dollara düşəcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər