Cəmiyyət

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

04 Nov 2026, 16:48 3 baxış
Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Erməni rəqqas Arsen Ağamalyan “Azerbaijan Dance Festival 2026” festivalında iştirakından yazıb.


Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib.


A.Ağamalyan bu tədbiri həyatının sonuna qədər xatırlayacağını bildirib:


“Dəvətə, qonaqpərvərliyinizə görə sizə minnətdaram. Bu festival fərqli düşüncəyə malik, müxtəlif nəsilləri təmsil edən iki insanın necə ortaq məxrəcə gələ və möcüzə yarada biləcəyinin nümunəsidir. Bu səfər mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Uşaqlıqda həyətimizdə birlikdə oynadığım qonşularla görüşü heç vaxt unutmayacağam. Böyüdüyüm həyətdə yenidən olmaq mənim üçün çox təsirli idi.


Bakı öz zəngin tarixi və memarlığı ilə möhtəşəm, inanılmaz dərəcədə gözəl şəhərdir. Bizə bu şəhərin tarixindən danışdılar. Burada nə qədər fərqli milli və dini kimliyə malik insan yaşayır”.


Arsen Ağamalyan paylaşımında yazılan mənfi şərhlərlə bağlı da fikir bildirib:


“Bədxah, bədbəxt, pis niyyətli insanların şərhlərini oxumuram. Pis davranan bir azərbaycanlı belə görmədim, çünki bunların hamısı yalandır. İncildə deyilir: “Yalan danışanlar məhv olacaq”. Quranda isə “Yalan danışanlara lənət olsun” buyurulur! Allahın səbrini sınamayın. Hər kəsə sülh arzulayıram”.


Xatırladaq ki, A.Ağamalyan iki yaşına qədər Bakıda, sonra isə Xankəndidə yaşayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər