Digər

Amerika yoxsulluğa qarşı səs verdi - Sançez

04 Nov 2026, 15:49 4 baxış
Amerika yoxsulluğa qarşı səs verdi - Sançez

3 noyabrda Amerika cəmiyyəti yalnız yoxsulluğa səbəb olan siyasətlərə qarşı, nifrətə qarşı, maçoizmə (kişi üstünlüyü) qarşı, iqlim dəyişikliyini inkar etməyə və elitaların imtiyazlarına qarşı səs verdi.


Axar.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez özünün X səhifəsində yazıb.


“Bu, Braziliyada baş verdi. Bu, ABŞ-da baş verdi. Və bu, tezliklə, İspaniyada baş verəcək”, - o bildirib.


Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərində demokratlar böyük üstünlük əldə ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər