Kriminal

Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü

04 Nov 2026, 09:52 2 baxış
Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü
Bakıda piyadanı maşın vurub öldürüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda ticarət mərkəzinin qarşısında baş verib. İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi VAZ-21154 avtomobili ilə yolu keçmək istəyən piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub. Piyada xəstəxanaya çatdırılsa da, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər