Digər

Demokratlar qalib gəlsə, nə dəyişəcək? - Karden

04 Nov 2026, 09:22 2 baxış
Demokratlar qalib gəlsə, nə dəyişəcək? - Karden

ABŞ-da keçirilən aralıq seçkilərində demokratların mümkün qəti qələbəsi Ukrayna münaqişəsini daha da gərginləşdirə bilər.


Axar.az xəbər verir ki, bunu amerikalı keçmiş diplomat, politoloq Ceyms Karden seçki nəticələrinin ABŞ Prezidenti Donald Trampın xarici siyasətinə ehtimal olunan təsirini şərh edərkən deyib.


"Əsas məsələ budur: nəticə nə olursa olsun, müharibə davam edəcək", - deyə o bildirib.


Ekspert hesab edir ki, demokratlar qalib gələrsə, Trampa qarşı ritorik hücumlarını gücləndirəcək, ona təzyiqi artıracaq və Kiyevə hərbi səyləri dəstəkləyəcəklər.


Onun sözlərinə görə, demokratların mümkün qəti qələbəsi sülhün yaxınlaşdığı anlamına gəlmir.

Mənbə axar.az

Oxşar Xəbərlər