İdman
UEFA Çempionlar Liqası: "Sabah" Norveç səfərində "Vikinq"lə qarşılaşır
"Sabah" futbol klubu bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, təmsilçimiz IV tur çərçivəsində Norveçin "Vikinq" klubunun qonağı olacaq. Norveçdəki "Lyse Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. UEFA Çempionlar Liqası Liqa mərhələsi IV tur 5 noyabr Saat 00:00. "Vikinq" - "Sabah". Qeyd edək ki, təmsilçimiz UEFA Çempionlar Liqasının Liqa mərhələsində üç turdan sonra üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər