İdman
UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna yekun vurulur. Oxu.Az xəbər verir ki, turun son günündə daha doqquz qarşılaşma baş tutacaq. Günün erkən oyunlarında "AEK Afina" komandası "Real Madrid"i, "Fənərbağça" klubu isə "Liverpul"u qəbul edəcək. Gecə saatlarında "Borussiya Dortmund" - "Real Betis", "Porto" - "Napoli", "Leypziq" - "Mançester Siti" və "Slaviya Praqa" - "Arsenal" kimi görüşlər keçiriləcək. Azərbaycan futbolsevərlərinin diqqəti isə Norveçdə keçiriləcək "Vikinq" - "Sabah" matçına yönələcək. Bakı təmsilçisi səfərdə ilk qələbəsini qazanmağa çalışacaq. UEFA Çempionlar Liqası Liqa mərhələsi IV tur 4 noyabr Saat 21:45. "AEK Afina" - "Real Madrid"; Saat 21:45. "Fənərbağça" - "Liverpul"; 5 noyabr Saat 00:00. "Borussiya Dortmund" - "Real Betis"; Saat 00:00. "Porto" - "Napoli"; Saat 00:00. PSV - "Brügge"; Saat 00:00. "Leypziq" - "Mançester Siti"; Saat 00:00. "Lans" - "Komo"; Saat 00:00. "Slaviya Praqa" - "Arsenal"; Saat 00:00. "Vikinq" - "Sabah".
Mənbə
oxu.az
Oxşar Xəbərlər