Cəmiyyət

Prezidentin yüksək vəzifə verdiyi Səbuhi Sadıqov kimdir?

03 Nov 2026, 16:36 3 baxış
Prezidentin yüksək vəzifə verdiyi Səbuhi Sadıqov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.


Axar.az xəbər verir ki, S.Sadıqov 1984-cü ildə anadan olub.


2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və Kredit" ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib.


2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.


Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb.


2007-2018-ci illərdə "Ernst & Young" beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışıb və baş menecer səviyyəsinədək yüksəlib.


2018-2021-ci illərdə PMD şirkətlər qrupunda Audit departamentinin direktoru, habelə bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri vəzifələrində çalışıb.


Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 dekabr tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.


Bu gün isə o, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri olub.


Ailəlidir, 2 övladı var.

Mənbə axar.az

Oxşar Xəbərlər