Digər
"PAŞA Real Estate Qrup"un nümayəndələri Daşkənd şəhərinin meri ilə görüşüblər - Foto
"PAŞA Real Estate Qrup"un Baş Kommersiya Direktoru və Beynəlxalq Layihələrin Baş İcraçı Direktoru Elçin Qədimov, "Marriott International"ın Şərqi Avropa regionu üzrə vitse-prezidenti (Luxury, Premium & Select Brands) Pankaj Birla və "JW Marriott Hotel Tashkent"in baş meneceri İlkin İmanov Daşkənd şəhərinin meri Şavkat Umurzakovla görüşüblər. Görüş zamanı "PAŞA Real Estate Qrup"un Daşkənddə həyata keçirdiyi investisiya layihəsi, onun şəhərin daşınmaz əmlak və hotelçilik sektorunun inkişafına töhfəsi, eləcə də layihənin icrası çərçivəsində dövlət qurumları ilə əməkdaşlıq məsələləri müzakirə olunub. "PAŞA Real Estate Qrup"un nümayəndəsi Özbəkistan hökumətinə və Daşkənd şəhər rəhbərliyinə layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Dövlət qurumları ilə konstruktiv dialoqun və səmərəli əməkdaşlığın layihənin uğurla icrasında mühüm rol oynadığı vurğulanıb. Görüşdə "PAŞA Real Estate Qrup"un Daşkənddə inşa etdiyi çoxfunksiyalı kompleks barədə məlumat verilib. Üç binadan ibarət olması nəzərdə tutulan kompleksin bir binasında "The Ritz-Carlton, Tashkent" hoteli və "The Ritz-Carlton" rezidensiyaları, digər iki binada isə "JW Marriott" brendi altında rezidensiyalar yerləşəcək. Kompleksdə lüks mağazaların və restoranların yer alacağı ticarət və gəzinti zonası da planlaşdırılır. "PAŞA Real Estate Qrup" beynəlxalq təcrübəni, müasir memarlığı və yüksək xidmət standartlarını bir araya gətirərək Daşkənddə keyfiyyətli yaşayış mühitinin yaradılmasına və şəhərin hotelçilik sektorunun inkişafına töhfə verməyi hədəfləyir. "PAŞA Real Estate Qrup" haqqında "PASHA Holding" in tərkibinə daxil olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlaka investisiya qoyuluşu, layihələrin inkişafı, satışı və icarəsi, eləcə də əmlakın strateji idarə olunması və istismarı sahələrində fəaliyyət göstərir. Qrupun portfelinə lüks hotellər, beynəlxalq səviyyəli kurort kompleksləri, premium yaşayış layihələri, ticarət mərkəzləri və çoxfunksiyalı komplekslər daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ-də fəaliyyət göstərən qrup keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini əsas götürərək beynəlxalq miqyasda aktivlərinin dəyərini artırmağı və fəaliyyət göstərdiyi sahədə standartların yüksəldilməsinə töhfə verməyi hədəfləyir. www.pasharealestate.az
Mənbə
oxu.az
Oxşar Xəbərlər