Digər

Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib

03 Nov 2026, 14:41 2 baxış
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli tədbir təşkil edilib. Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində təşkil edilən tədbir çərçivəsində 20-yə yaxın şəhid övladı "Dreamland Baku" ərazisində yerləşən "Dream Trampoline" əyləncə mərkəzində vaxt keçiriblər. Onlar batutlarda tullanıb, müxtəlif oyun zonalarından yararlanıb, həmyaşıdları ilə birlikdə vaxt keçirərək xoş anlar yaşayıblar. Tədbir şəhid övladlarının sosiallaşmasına, həmyaşıdları ilə ünsiyyət imkanlarının genişlənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyıb.
{{gallery}}
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
Mənbə oxu.az

Oxşar Xəbərlər