Kriminal

Qurban Bayramov vəfat etdi

02 Nov 2026, 23:28 4 baxış
Qurban Bayramov vəfat etdi

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Fərman oğlu Bayramov dünyasını dəyişib.


Axar.az Unikal-a istinadla xəbər verir ki, Azərbaycan Yazıçlar Birliyinin, Respublika Qarabağ Ağsaqqallar Şurasının və Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü, Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov bu gün səhər saatlarında vəfat edib.


1946-cı ilin 30 mayında Ağdam rayonunun Əlimədətli kəndində dünyaya gələn Qurban Bayramov uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı olub.


O, ümumilikdə 500-dən çox elmi və publisistik məqalənin müəllifidir.

Mənbə axar.az

Oxşar Xəbərlər